Xəbər verdiyimiz kimi, Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan milli komandası dekabrın 18-də və 19-da Ukrayna yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, oyunların başlama saatı və keçiriləcəyi məkan müəyyənləşib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) keçiriləcək və saat 18:00-da başlayacaq.