14:10 16.12.2021 619

"Çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları inkişaf etdirək"

“Üç gündür tam heyətlə hazırlıq keçirik. Məşqlər planlaşdırdığımız şəkildə davam edir. Bu arenada ilk dəfə oynayacağıq, amma hər cür şəraitin olduğunu deməliyəm".

Fanat.Az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirdiyi brifinqdə deyib.

Braziliyalı mütəxəssis bildirib ki, yığma sonuncu dəfə apreldə bir araya gəldiyindən, oyunçulara tam istədiyini aşılamaq üçün vaxtları elə də çox olmayacaq: "Artıq 7 ay keçib və bu müddətdə legioner futzalçılarımız öz klublarında müxtəlif taktiki sistemdə çıxış edirlər. Onları yenidən öz sistemimizə qaytarmaq üçün çoxlu məşqlər keçməliyik. Fineo ilə bağlı problemimiz var. O, klubundan zədəli gəlib, bugünkü məşqdə də iştirak etməyəcək. Amma oyuna qədər məşqlərə qoşulacaq. Eduardo Borges isə zədə səbəbindən bu toplanışa dəvət edilməyib".

Ukraynanı yaxşı komanda adlandıran Da Silva bildirib ki, bu oyun Avropa çempionatına hazırlıq baxımından çox əhəmiyyətlidir: "Komandamızın nə qədər hazır olub-olmadığını yoxlayacağıq. Rəqibimiz də bizim kimi, qitə birinciliyinə hazırlaşır. Onlar üçün də vəziyyət eynidir. Maraqlı və çətin oyun olacağına inanıram. Ukraynanın İspaniya ilə keçirdiyi oyuna baxacağam".

Baş məşqçi toplanışa dəvət etdiyi gənc futzalçıların hazırlıq səviyyəsindən də danışıb: "Həm Xəzər Ağalızadə, həm də Nurlan Mehdizadə gələcəkdə millinin formasını geyinə bilərlər. Özünüz də görürsünüz ki, heyətimizdə yer alan futzalçıların əksəriyyəti yaşlıdır. 3-4 ildən sonra onları əvəzləməliyik. Ona görə də ehtiyat qüvvəni indidən formalaşdırmalıyıq. Nurlan və Xəzərdən əvvəl qapıçı Cavad Məmmədovu da komandaya cəlb etmişik".

Qarşıdakı Avropa çempionatının daha çox komandanın iştirakı ilə keçiriləcəyini xatırladan braziliyalı mütəxəssisin fikrincə, artıq final mərhələsində zəif rəqib, yüngül oyun axtarmaq mümkün deyil. Da Silva rəqibləri də dəyərləndirib: "Gürcüstan millisi heyətini gücləndirir. Final mərhələsinə qədər heyətlərinə yeni futzalçılar cəlb edəcəklər. Bosniya və Herseqovina isə illərdir bir yerdə çıxış edən futzalçılardan qurulub. Onlar dünən Slovakiya ilə yoldaşlıq oyunu keçiriblər. Həmin matça baxacaq və müəyyən analizlər aparacağam. İspaniya haqqında isə geniş danışmaq artıqdır. Bu komandanın nəticələri ortadadır. Azərbaycan millisinin də öz imici, statusu var. Biz də rəqiblərimiz üçün güclü komandayıq. Çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları inkişaf etdirək".

Baş məşqçi final mərhələsinədək daha bir yoldaşlıq görüşü keçirəcəklərini açıqlayıb. Onun sözlərinə görə, artıq rəqiblə danışıqlar müsbət yekunlaşıb: "Yanvarın 17-də səfərdə Belçika ilə qarşılaşacağıq və Niderlanda həmin oyundan sonra yollanacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Ukrayna ilə dekabrın 18-də və 19-da üz-üzə gələcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X