21:09 15.04.2022 1592

Yüksək Liqa: Liderə ilk yenilgi acısını EKOL yaşatdı

Bu gün futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, turun qarşılaşmaları Bakı İdman Sarayında təşkil olunub.

Turun ilk oyununda U-19 yığmamızla “Record” üz-üzə gəlib. Milli komanda bu görüşdə böyük hesabla qalib gəlib.

“Neftçi” İK bu turda “Baku Fire” ilə qarşılaşıb və 2 cavabsız qolla üstün olub.

Turun mərkəzi oyunu isə lider “Araz-Naxçıvan”la əsas izləyicisi EKOL arasında keçirilib. EKOL-da bir tur əvvəl qırmızı vərəqə alan Tofiq Mikayılov komandasına kömək edə bilmirdi. Rövşən Hüseynlinin “Torpedo”ya transferindən sonra isə “Araz”ın qapısını komandanın ikinci, U-19 millisinin isə əsas qolkiperi Azər Fərmanov qoruyurdu. İlk yarı bərabər səviyyədə keçib. 33-cü dəqiqədə Naxçıvan təmsilçisi meydanda azlıqda qalıb. Murilonın qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasından EKOL inamla faydalanıb. Samir Həmzəyev baxımlı qol vurmaqla hesabı açıb. Bundan sonra lider qapıçını meydan oyunçusu ilə əvəzləyib ki, yenə qol vuran EKOL olub. Bu dəfə qapıçı Emin Kürdov topu tutduqdan sonra boş qapını dəqiq nişan alıb. Beş oyunçu ilə mübarizəni davam etdirən “Araz” kapitanla fərqi minimuma endirsə də, yekunda EKOL liderə mövsümdə ilk məğlubiyyəti yaşadıb.
 
Bu tur meydana çıxmadan 3 xalı “Alyans” qazanıb.
 
Yüksək Liqa
XIX tur
15 aprel

 
U-19 – Record 7:1
Qollar
: Məhəmməd Abbasov, 6:19; 8:43; 24:27. Mikayıl Qiyasov, 7:52. Fariz Mehrəliyev, 16:05; 26:52; 31:10 - Hossein Hotkani Seyedreza, 13:46.
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Nahid Xasıyev
Hakim-inspektor: Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 14:00
 
Neftçi İK – Baku Fire 2:0
Qollar:
Oqtay Rüstəmli, 31:07. Omid Talebi, 39:58.
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Anar Fərəcov
Hakim-inspektor: Azər Əsgərov
Bakı İdman Sarayı. Saat 16:00
 
EKOL – Araz-Naxçıvan 2:1
Qollar:
Samir Həmzəyev, 32:42. Emin Kürdov, 35:43 - Rizvan Fərzəliyev, 37:45.
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 18:00
 
Xal durumu: Araz – 55, EKOL – 43, Neftçi – 40, Baku Fire – 35, U-19 – 19, Record – 15, Alyans – 15, Xilə – 6.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
20:15

MPL: "Zirə" "Neftçi" ilə qarşılaşır - YENİLƏNİR

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

Facebookdan bizi izləməyi unutmayın.
X