Futzal üzrə ikinci liqada yarışan "Advokat" komandası Mərakeşdə təşkil olunan dünya çempionatında iştirak edir.
Fanat.Az xəbər verir ki, vəkil və hüquqşünaslar arasında keçirilən “Mundiavocat-2022”-də ölkəmizi təmsil edən Azərbaycan Vəkillər Kollegiyasının komandası artıq 2 oyuna çıxıb.
İlk matçda İtaliyadan olan həmkarları ilə qarşılaşan "Advokat" 3:3 hesablı heç-heçə edib. Növbəti rəqib isə Fransa komandası olub. Rəqibini meydana çıxmağa peşiman edən təmsilçimiz 7:1 hesablı qələbə qazanıb.
Hazırda "Advokat"ın 4 xalı var.