Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, yunan-Roma güləşçilərindən 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/4 final mərhələsində Jakopo Sandron (İtaliya) - Şermuhammad Şaribjanov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda Luis Alberto Sançes (Kuba) - Sinq Karanjit (Hindistan) duelinin güclüsü ilə görüşəcək.
Qadınların yarışında Elnurə Məmmədova (53 kq) Li Denqlə (Çin) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.