14:16 09.02.2023 1389

"Onlar məni və ölkəmi istəməyənlər idi" - MÜSAHİBƏ

Azərbaycan yunan-Roma güləşi millisinin 63 kiloqram çəki dərəcəsindəki üzvü Taleh Məmmədovun Fanat.Az-a müsahibəsi

- 2022-ni dünya reytinqinin lideri kimi tamamladınız. Bu il də ilin ilk reytinq turnirinin qalibi oldunuz. Təəssüratlarınızı öyrənək.
- Öncə bizim qələbələrə sevinənləri salamlayır, onlara çox sağ ol deyirəm. İlin ilk sınağında qalib oldum. Bu, qarşıdan gələn yarışlara bir motivasiya oldu mənim üçün.

- Yarışda ardıcıl iki İran güləşçisinə qalib gəlməyiniz diqqət çəkdi. Bir qayda olaraq erməni güləşçilərlə görüşə ikiqat motivasiya ilə çıxdığınızı bilirik. Son hadisələrdən dolayı eyni yanaşma iranlılara qarşı da var idimi? 
- Ümumən mənim ölkəmə haqsızlıq edən, mənim ölkəmə pis niyyətlə yanaşana qarşı kinim, nifrətim var. Bir neçə ay öncə Bakıdakı Dünya Kubokunda iranlı idmançıya uduzduğuma görə məni çox qınamışdılar. Deyirdilər, idmanı bitirsin artıq, güləşə bilmir, doğma arenasında qələbə qazana bilmədisə, qıraqda necə udacaq cavanları. Onlar məni və ölkəmi istəməyən adamlar idi.  Hamının gözü önündə məni qınağa çəkmişdilər. Adama qarşı el içində bele eləməzlər. Şəxsi yazar, fikrin bildirər, mən də hörmətlə yanaşaram. Bu, idmandır, uda da bilərsən, uduza da. Amma həm Bakıda uduzduğuma, həm də səfirliyimizə qarşə törədilən terrora görə döşəyə daha məsuliyyətli çıxmışdım.

- Bakıdakı Dünya Kubokunda sizin məğlubiyyətiniz sonda həlledici olmuşdu. Lakin bu dəfə rəqibdən revanş almağı bacardınız. Bakıda nəyi səhv etmişdiniz?
- Sözün düzü, görüşə bir az rahat çıxmışdım. Düşünürdüm, yarış ölkəmizdədir, bu, bir az da olsa, bəlkə kömək olar. Amma elə oldu ki, hakim ard-arda mənə xəbərdarlıq verdi. Bu, əsəblərimi korladı, görüşə nəzarəti itirdim. Halbuki yarış İranda keçiriləndə onlara çox köməklik olur. 

- Komandada yeganə qızıl medal sizdən gəldi. Digər güləşçilərin, xüsusilə də Həsrət Cəfərov və Sənan Süleymanov kimi perspektivli idmançıların uğursuzluğu barədə fikriniz nədir?
- Sözün düzü, mən də onlar kimi formada deyildim. Sadəcə, mənim tez-tez fənd işlədən olduğumu bildiklərindən, rəqiblər çox da üstümə gəlmirdilər. Yarışa cəmi bir məşq toplanışı keçib getmişdik. İnanıram ki, qarşıdakı məsul yarışlaradək bütün çəkilərdəki güləşçilərimiz formaya düşəcək, Sənan və Həsrət də Avropa çempionatında medal qazanacaqlar. 

- Qeyd etdiyiniz kimi, qarşıda Zaqrebdə daha məsul yarış - Avropa çempionatı keçiriləcək. Sizin hədəfiniz nədir?
- İki dəfə Avropa çempionatının finalına çıxmışam. Bu dəfə nəhayət, qızıl medal qazanmaq istəyirəm. Karyeramı Avropa və dünya çempionu kimi bitirmək istəyirəm.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X