Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində litvalı Aistis Liaugminası məğlub edib.
Həsənli finalın bir addımlığında Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edə bilərlər.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.