Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə daha beş yunan-Roma güləşçimiz - Elmir Əliyev (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), İsmayıl Rzayev (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxıblar.
Əliyev, Qurbanov və Əhmədiyev yarımfinala yüksəliblər.
Bu gün həmçinin iki yunan-Roma güləşçimiz medal qazana bilər. Xasay Həsənli (77 kq) finalda, Sərxan Məmmədov (130 kq) isə bürünc medal uğrunda görüşdə qalib gəlməyə çalışacaq.