Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 5 güləşçisi ilk "8-liy"ə daxil olub.
Onların arasında ən yaxşı yeri üçüncü olan Osman Nurmaqomedov (92 kq) tutur. Maqomedxan Maqomedov (97 kq) dördüncü, Abubakr Abakarov (86 kq) altıncı, Avropa çempionu Əliabbas Rzazadə (57 kq) və Cəbrayıl Hacıyev (74 kq) yeddincidir.
70 kq-da Avropa çempionu olmuş Hacı Əliyev 13-cü yeri tutur. O, 65 kq-da 12-cidir.