Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə qarşılaşıb.
Yarışa 1/8 finaldan qoşulan Murad rəqibinə 5:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) 1/4 finala yüksəlib.