Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin idmançısı da medal görüşünə çıxıb.
Jalə Əliyeva finalda çempionluq uğrunda güləşib.
57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz yaponiyalı Ruka Natami ilə titul mübarizəsində qalib olub. Ötənilki mundialın finalında bu rəqibə uduzan Jalə həm revanş alıb, həm də dünya çempionu adına sahib çıxıb. Əliyeva gərgin keçən görüşdən 10:8 qalib ayrılıb.
Qeyd edək ki, millinin digər qadın güləşçiləri mübarizəni erkən dayandırıblar.