İtaliyanın paytaxtı Romada güləş üzrə
Avropa çempionatına yekun vurulub.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb.
Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq)
gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92
kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Bu nəticəylə
millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186
xalla çempionluğu təmin edib. İlk "3-lüy"ü 95 xal yığan Gürcüstan
qapayıb.
Fanat.Az