11:54 03.06.2020 889

Azərbaycanlı hakimlər vebinara qatıldılar

Bu gün Dünya Güləş Birliyinin (UWW) Hakimlər Komissiyasının sədri Antonio Silvestrinin iştirakıyla milli federasiyaların hakimləri üçün vebinar təşkil olunub.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan vebinarda azərbaycanlı hakimlər də iştirak edib. Əvvəlcə UWW-nin prezidenti Nenad Laloviç çıxış edərək vebinar iştirakçılarını salamlayıb və tədbirə göstərdikləri marağa görə onlara təşəkkür edib. O, mövcud vəziyyətlə əlaqədar olaraq vebinarların bundan sonra da davam edəcəyini diqqətə çatdıraraq, hamıya uğurlar arzulayıb.

Daha sonra Antonio Silvestri hakimliklə bağlı müxtəlif məsələləri diqqətə çatdırıb:

"Hakimlər Komissiyası yaranmış xüsusi vəziyyəti nəzərə alaraq, maksimum həssaslıqla buna uyğun hərəkət edəcək. Beynəlxalq hakimlərin kateqoriyaları 2020-ci ildə sabit qalacaq. Komissiya 1-4-cü səviyyədə olan kursların təşkili ilə bağlı plan hazırlamaq üçün təqvim üzərində işləyir. Milli federasiyalar mümkün olduğu qədər yerli yarışlarda, təlimlərdə və seminarlarda hakimlərin təcrübəsinin kifayət qədər artırılmasına nail olsun. Hamımız özümüzü mental olaraq hazırlamalıyıq. UWW beynəlxalq yarışlar üçün "yaşıl işıq” yandıran kimi, bu turnirlərə tam hazır olmalıyıq. Olimpiya kateqoriyalı hakimlər bu il qitə birinciliklərində bacarıqlarını nümayiş etdirdilər. Tokio Olimpiadası üçün hakimlərin seçim prosesi gələn il davam etdiriləcək. Hakimlər Komissiyası İnkişaf, Texniki və Tibbi Komissiya ilə sıx işləyir. Yeni tədris platforması və proqramı iyunda start götürəcək. Bəzi milli federasiyalar çoxlu yeni ideyalar üzərində işləyir. Onları paylaşın və bizə ən yaxşı təcrübələrinizi təqdim edin. Bu ideyaları saytımızda da dərc edəcəyik. Vebinar videoyazı formasında bütün federasiyalara göndəriləcək və yerli hakimlərin hamısını bu barədə məlumatlandırmağınızı xahiş edirik”.

Sonda qeyd edilib ki, hakimliklə bağlı istənilən suallar Silvestrinin və ya UWW-nin elektron poçtuna göndərilə bilər. Vebinarın yekununda müxtəlif ölkələrdən olan hakimlərin sualları cavablandırılıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

Facebookdan bizi izləməyi unutmayın.
X