Yunan-Roma güləşi üzrə ikiqat dünya və Avropa çempionu Elvin Mürsəliyev karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə idmançının özü açıqlama verib. Mürsəliyev zədə səbəbindən karyerasını bitirdiyini deyib.
Mürsəliyev, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.
Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb. (oxu.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol