Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanı yarışda üç qadın güləşçi təmsil edib. Onlardan yalnız Elis Manolova (65 kq) çıxışını medalla başa vura bilib. Finalda uduzan 26 yaşlı idmançı gümüş mükafata layiq görülüb.
Digər iki təmsilçimiz - Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) isə bürünc medal görüşündə uduzublar.
Bu nəticə ilə 42 xal toplayan milli komanda hesabında 11-ci pillədə qərarlaşıb.
Birinci yeri Türkiyə (140 xal) tutub. Ukrayna (135) ikinci, Bolqarıstan (110) üçüncü olub.