08:30 04.04.2022 1082

"Uduzduğum idmançı mənə tay rəqib deyil" - İslam Abbasov

Macarıstanda keçirilən Avropa çempionatında 87 kiloqram çəki dərəcəsində Azərbaycana bürünc medal qazandıran yunan-Roma güləşçisi İslam Abbasovun Fanat.Az-a müsahibəsi

- İslam, bu, qitə çempionatlarında artıq üçüncü medalındır. "Qızıl" üçün bu dəfə nə çatmadı?

- Yarışqabağı özümü çox yaxşı hiss edirdim. Ancaq çempionluq haqda düşünürdüm. Sadəcə, tələskənlik edib çox ciddi səhvə yol verdim. Uduzduğum rumın idmançı mənə tay rəqib deyildi. Onunla ilk dəfəydi görüşürdüm. Qarşılaşmanın ilk saniyələrindən hiss etdim ki, bu rəqibi asanlıqla keçmək olar. Ona görə görüşü tez, tam üstünlüklə bitirmək üçün irəli atıldım, rəqib məni əks-fənddə yaxaladı. İnandırım sizi ki, "tuşe" vəziyyətindən çıxsaydım, onu mütləq yenəcəkdim. Hətta hesab 0:7 olsa belə, gəlib keçəcəkdim. Mən güləş karyeramda heç vaxt elə səhvə yol verməmişdim. Rumın güləşçinin qələbəsi tam təsadüf idi, bir daha üz-üzə gəlsək, udacağıma əmin ola bilərsiniz.

- Həmin idmançı finalda Danimarkanı təmsil edən Turpan Bisultanov qarşısında heç nə ilə yadda qala bilmədi. Danimarka güləşçisinin imkanlarını necə qiymətləndirirdin?

- Finala çıxsaydım, Danimarka güləşçisini də udacağıma inanırdım. O da keçiləsi rəqibdir. Sadəcə, dediyim kimi, rumın zəif idi. 

- Elə gözlənilməz məğlubiyyətdən sonra üçüncülük görüşünə köklənmək çətin olmadı?

- Avropa çempionatının istənilən əyyarlı medalı dəyərlidir. Yunan-Roma sərbəst güləş kimi deyil. Burada iddialı Avropa ölkələri çoxdur. Rusiyanın, Belarusun olmamağı rəqabətə elə bir təsir göstərmir. 

- 2022-ci ilin təqvimi kifayət qədər zəngindir. Qarşıda İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, Bakıda Dünya Kuboku var. Bu medal növbəti yarışlara hazırlığına təsirini necə göstərəcək?

- Medal stimulumu artırdı. Nəticə verəndə hazırlıq vaxtı əhval-ruhiyyə tamam fərqli olur. Həmin yarışlarda medalın əyyarını artırmaq üçün əlimdən gələni edəcəyəm.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X