Azərbaycanın qadın güləşçisi Mariya Stadnik vətəni Ukraynadan Azərbaycana qayıdıb.
Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, Mariya ötən həftə Bakıya gəlib.
O, hazırda milli komandanın məşqlərinə qatılır.
Qeyd edək ki, aşağı çəkidə 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik əslən Lvovdandır. 34 yaşlı Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb. O həm də Bakı-2015 I Avropa Oyunlarının və Minsk-2019 II Avropa Oyunlarının qalibidir.
Nihat