20:11 02.07.2022 626

AÇ: Azərbaycan güləşçisi finalda

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 74 kq-da mübarizə aparan idmançı yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla yenib. Hacıyevin həlledici görüşdə rəqibi moldovalı Georgi Kara olacaq.

Ramik Heybətov (61 kq) isə finalın bir addımlığında Fransadan olan Xamzat Arsamerzoyevlə bacarmayıb. Güləşçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Fərid Cabbarovun (86 kq) 1/4 finalda uduzduğu gürcü idmançı finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşlərə qatılacaq. Bürünc mükafat yolunda onun ilk rəqibi macar Nandor Hayduk olacaq.

***

Azərbaycanın iki sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 57 kq-da yer alan Ramik Heybətov ardıcıl olaraq Fatium Braka (Kosovo) və Marsel Vagini (Almaniya) yenib. O, finalın bir addımlığında Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gələcək.

74 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev isə Georgios Terzidis (Yunanıstan), Luka Finizio (İtaliya) və Kristian Bironu (Belçika) yolundan uzaqlaşdırıb. Yarımfinalda rəqib Muhammed Özmüş (Türkiyə) olacaq.

Digər təmsilçilərimizdən Fərid Cabbarov, (86 kq) 1/8 finalda alman Daniel Fişeri yensə də, ardından gürcü Daviti Koquaşviliyə uduzub. Abdulcəlil Şabanov (92 kq) və Aslan Abakarov (125 kq) startdaca rəqiblərinə məğlub olublar.

Yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bu gün həmçinin, sərbəst güləşçilərimizdən Sabir Cəfərov (70 kq) final, Səbuhi Əmiraslanov (79 kq) və Varis Mehdizadə (97 kq) bürünc medal görüşünə çıxacaq. Əbülfəz Nəsirov (65 kq) isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanmaq üçün öncə təsəlliverici mərhələdə mübarizə aparacaq. Sabir "qızıl" uğrunda həlledici dueldə ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. Səbuhi "bürünc" üçün Gigi Subtriça (Rumıniya) / Raffaele Matrrullo (İtaliya) cütünün qalibi ilə, Varis Luka Xutçua (Gürcüstan) ilə qarşılaşacaq. Əbülfəzin təsəlliverici mərhələdəki rəqibi isə Gürcüstanın digər təmsilçisi Luka Janezaşvili olacaq.

Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medal qazanıb, Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutublar. Yığma ümumilikdə 102 xal toplayaraq komanda hesabında dördüncü olub. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) çıxışını qızıl, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqova (72 kq) bürünc medalla başa vurub. Milli 92 xalla beşinci olub.

Qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.

***

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir

Fanat.Az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə daha beş çəkidə mübarizəyə start veriləcək.

Azərbaycan təmsilçilərindən Ramik Heybətov (61 kq) 1/8 final mərhələsində kosovolu Fatim Braka ilə üz-üzə gələcək.

Cəbrayıl Hacıyev  (74 kq) təsnifatda Yunanıstandan olan Georgios Terzidisi sınağa çəkəcək.

86 kiloqram çəki dərəcəsində yer alan Fərid Cabbarov təsnifatda Daniel Fişerlə (Almaniya) gücünü sınayacaq.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda ukraynalı Denis Saxalyukla qarşılaşacaq.

Nəhayət, 125 kq çəkidəki təmsilçimiz Aslan Abakarov yarışa 1/4 finaldan start verəcək. Burada onun rəqibi Nikolay Stratulat (Moldova) / Georgi İvanov (Bolqarıstan) cütünün qalibi olacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bu gün həmçinin, sərbəst güləşçilərimizdən Sabir Cəfərov (70 kq) final, Səbuhi Əmiraslanov (79 kq) və Varis Mehdizadə (97 kq) bürünc medal görüşünə çıxacaq. Əbülfəz Nəsirov (65 kq) isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanmaq üçün öncə təsəlliverici mərhələdə mübarizə aparacaq. Sabir "qızıl" uğrunda həlledici dueldə ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. Səbuhi "bürünc" üçün Gigi Subtriça (Rumıniya) / Raffaele Matrrullo (İtaliya) cütünün qalibi ilə, Varis Luka Xutçua (Gürcüstan) ilə qarşılaşacaq. Əbülfəzin təsəlliverici mərhələdəki rəqibi isə Gürcüstanın digər təmsilçisi Luka Janezaşvili olacaq.

Medal qarşılaşmaları 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medal qazanıb, Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutublar. Yığma ümumilikdə 102 xal toplayaraq komanda hesabında dördüncü olub. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) çıxışını qızıl, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqova (72 kq) bürünc medalla başa vurub. Milli 92 xalla beşinci olub.

Qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X