13:45 02.11.2022 283

Dünya Kubokuna doğru: Azərbaycan, Türkiyə, yoxsa dünya ulduzları?

5-6 noyabrda Azərbaycan ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. 

İlk dəfə Bakıda tətbiq olunacaq formata uyğun olaraq yarışda 6 komanda çıxış edəcək. A qrupunda Türkiyə, İran və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya və dünya yığması mübarizə aparacaq. Qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda görüşə çıxacaq.

Dünya Kubokunda ölkəmizi baş məşqçi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Qurban Qurbanov (hər ikisi 77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (hər ikisi 82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) təmsil edəcək.

Tarixində yalnız bir dəfə - 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən Dünya Kubokunda baş mükafatı başı üzərinə qaldıran millimiz, göründüyü kimi, yarışa olduqca güclü heyətlə qatılacaq. İl ərzində Avropa çempionatında komanda hesabında 1-ci, dünya çempionatında isə 2-ci yeri tutan yığma doğma divarlar arasında da yüksək göstəriciyə, konkret, baş mükafata iddialıdır. Bu yolda, sadəcə, 87 kiloqram çəki dərəcəsində dəfələrlə Avropa mükafatçısı İslam Abbasovun zədə səbəbindən yarışı buraxması narahatlıq doğurmaya bilməz. Xatırladaq ki, İslamiada öncəsi məşq prosesində qolundan ciddi zədə alan 26 yaşlı "klassik" bu səbəbdən Konyadakı yarışı, həmçinin bir neçə gün sonra Serbiyada dünya çempionatını da buraxmaq məcburiyyətində qalmışdı. Təəssüf ki, tarixdə yeganə Dünya Kubokunun qazanılmasında xüsusi rol oynayan məşhur pəhləvanın çəkisində onu layiqincə əvəzləyə biləcək ad nəzərə çarpmır.

Yığmanın kubok imkanları nə dərəcədə realdır?

Turnirdə üç komandanın qələbə imkanları daha yüksək dəyərləndirilir. Bunlar qeyd etdiyimiz kimi, Azərbaycan, Türkiyə və dünya yığmasıdır. Olimpiada və mundialların dəyişməz favoritlərindən olan güclü İran millisi turnirə əvəzedici heyətlə gələcəksə, son mundialı dörd "qızıl"la medalların keyfiyyətinə görə birinci sırada tamamlayan Serbiyanın iki dünya çempionu paytaxtımızda olmayacaq. Üstəlik, ev sahibi olduqları son mundiala belə, tam heyətlə qatıla bilməyən balkanlıların əksər çəkilərdə ciddi boşluqlarının olduğunu xatırlatmalıyıq. Odur ki, yığmamızın qrupda ən azı ikinci yeri tutması və beləliklə, medal imkanını saxlaması kifayət qədər real səslənir.

Fəqət üçüncü yer bizim üçün qanedici sayıla bilərmi? 

Bu yerdə millinin məşqçilərinin yaxınlarda verdiyi açıqlamaları xatırlayaq:

Baş məşqçi Aleksandr Tarakanov: “Güləşçilərimiz yaxşı formadadırlar və yarışa hazırdırlar. Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir. Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıb. İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır. Bizə “dogma divarlar” da kömək edəcək. Avropa və dünya çempionatında yaxşı çıxış etdik. İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.

Məşqçi Həsən Əliyev: "Finala doğru dünya yığması ilə çətin görüşümüz olacaq. Bizim hədəfimiz yalnız birincilikdir, başqa variant yoxdur. Komandanın potensialı buna tam imkan verir. Yarışda əsasən yığmanın bir nömrələri güləşəcək. Dünya Kubokunda iki kilo artıq çəkiyə də imkan verilir deyə, düşünürəm, elə bir problem olmayacaq. Sadəcə, 87 kiloda bir nömrəmiz olan İslam Abbasovun olmaması təəssüf doğurur".

Bəli, qrupda əsas mübarizənin millimizlə dünya yığması arasında gedəcəyi şübhəsizdir. İlk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində aşağıdakı güləşçilər yer alıb:

55 kq - Nuqzari Tsurtsumia (Gürcüstan)
60 kq - Aydos Sultangali (Qazaxıstan)
63 kq - Leri Abuladze (Gürcüstan)
67 kq - Coni Xetsuriani (Gürcüstan)
72 kq - Andrey Kulik (Ukrayna)
77 kq - Zoltan Levay (Macarıstan)
82 kq - Jalqasbay Berdimuratov (Özbəkistan)
87 kq - Turpal Bisultanov (Danimarka)
97 kq - Kiril Milenov Milov (Bolqarıstan)
130 kq - Mantas Knistautas (Litva)

Bu idmançılardan Tsurtsumia daha öncə (2019) dünya çempionu olubsa, Abuladze, Levay, Berdimuratov, Bisultanov və Milov son dünya çempionatının gümüş, Sultangali, Kulik, Knistautas bürünc medalçısıdır. Xetsuriani isə Belqrad mundialında 5-ci yeri tutub. 

Göründüyü kimi, ağır çəkilərdə rəqib xüsusilə yaxşı formada, üstün təsir bağışlayır. Belədə, qrupun həlledici qarşılaşmasında millidə əsas yükün aşağı və orta çəkilərin üzərinə düşəcəyini söyləyə bilərik.

"Klassiklər"imiz çətin missiyanın öhdəsindən gəlib qrupu lider tamamlayacağı təqdirdə, qeyd etdiyimiz kimi, böyük ehtimalla heyəti əsasən "1 nömrə"lərdən təşkil olunan Türkiyə yığması ilə kubokun taleyinə aydınlıq gətirəcək. 

"Ay-ulduzlular"ın heyətini diqqətinizə çatdırırıq:

55 kq - Ekrem Öztürk, Muhammed Emin Çakır
60 kq - Kerem Kamal, Mükremin Aktaş
63 kq - Ahmet Uyar
67 kq - Murat Fırat
72 kq - Selcuk Can
77 kq - Yunus Emre Başar, Yüksel Sarıçiçek
82 kq - Burhan Akbudak
87 kq - Ali Cengiz
97 kq - Metehan Başar, Mustafa Olqun
130 kq - Osman Yıldırım

Onlardan Kerem Kamal və Murat Fırat bu ilin Avropa, Burhan Akbudak dünya çempionu, Selcuk Can, Yunus Emre Başar və Ali Cengiz son dünya çempionatının bürünc medalçılarıdır. Həmçinin heyətin ən təcrübəli üzvü olan 31 yaşlı Metehan Başarın 2017-ci ildə dünya çempionu olduğunu da qeyd etməliyik.

Ümumiləşdirsək, "qızıl"a iddialı hər üç komandanın şanslarını təxminən bərabər qiymətləndirmək olar. Azərbaycan millisinin rəqibləri qarşısında əsas "silah"ı isə şübhəsiz ki, doğma meydan amilidir. Sözsüz ki, uzun fasilədən sonra ölkəmizdə keçiriləcək böyük güləş yarışında azarkeş dəstəyinin də önəmi böyük olacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Aprel 2024
12:11

Azərbaycan cüdoçularından tarixi uğur

11:44

"Qalatasaray"ın idman akademiyası fəaliyyətə başladı - Azərbaycanda

11:15

"Azərbaycanda futbol sosial layihə kimidir" - "Ağdaş"ın rəhbəri

10:47

Günün oyunları bu kanallarda - AFİŞA

10:23

MLS-də Messi rüzgarı əsir

10:00

MPL: Qəbələdə "tamam, yoxsa davam" oyunu - YENİLƏNİR 

09:39

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi oldu

09:20

"Neftçi" çağırış etdi, "Forza Neftçi" cavab bəyanatı yaydı

09:00

İtaliya çempionunun transfer həmləsi - Siyahıda 5 futbolçu var

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

Facebookdan bizi izləməyi unutmayın.
X