Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, qadınların və kişilərin liqasının hərəsində 1 görüş reallaşıb.
Qadınların çempionatında XIII turun “Bakı” – “Gənclər Birliyi” qarşılaşması reallaşıb. 14:21 hesabı ilə məğlub olan autsayder “Gənclər Birliyi” yenə xalsız qalıb.
Kişilərin liqasında isə XIV turun oyunu keçirilib. Çempionluğa iddia edən “Azəryol” autsayder “Dinamo” üzərində 52:36 hesablı qələbə qazanıb.