
Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti yayıb.
“Qarabağ”ın üzvü yarışın ən sərrast oyunçusu seçilib. Millinin heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan yığmlarına qarşı meydana çıxan Nikitçenko ümumilkdə rəqib qapılarına 35 dəfə yol tapıb.
Ona turnirin xüsusi mükafatı təqdim edilib.