İspaniyada keçirilən dünya çempionatına qatılan qadınlardan ibarət Kamerun yığmasının 4 həndbolçusu yoxa çıxıb.
Fanat.Az xəbər verir ki, bunlar Ameli Sevani Mvua, Appolin Mişel Abena Ekobena, Yasmin Yotçum və Jodel Klaris Macufandır.
İdmançılar komandanın məskunlaşdığı oteldə koronavirus testinə yollanmayıblar. Onlar sonuncu dəfə dekabrın 8-də otelin qarşısında taksiyə minərkən görünüblər.
Qeyd edək ki, Kamerun seçməsi yer aldığı B qrupunda bütün görüşlərdə uduzaraq sonuncu yeri tutub. Afrika təmsilçisi sonuncu dəfə dekabrın 7-də Polşaya 19:33 hesabı ilə yenilib.