Norveç yığması qadın həndbolçular arasında dünya çempionu olub.
Fanat.Az xəbər verir ki, İspaniyada təşkil olunmuş mundialın finalında Skandinaviya təmsilçisi Fransanı 29:22 hesabı ilə yenərək qızıl medallara sahib çıxıb.
Bu, iki dəfə olimpiya və səkkiz dəfə Avropa çempionu olan Norveç millisinin dördüncü dünya çempionluğudur. Şimallılar 1999, 2011 və 2015-ci illərdə də anoloji uğura imza atıb.
DÇ-də 3-cü yeri isə İspaniyanı 35:28 hesabı ilə üstələyən Danimarka tutub.