İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.
Komandamız bu rəqiblə ötən gün baş tutan ilk oyundan da 2:3 hesablı məğlubiyyətlə ayrılmışdı.
Bu komandalar arasında son oyun avqustun 25-də olacaq.