11:15 16.02.2022 1102

“Təhsil” RİM birinci oldu! - FOTOLAR

Karate üzrə Yeniyetmə və Gənclər arasında 22-ci Respublika Birinciliyində 2-ci yeri “Qara Qaplan”, 3-cü yeri isə Arpaçay Karate Klubunun idmançıları tutub

Məlum olduğu kimi, 2022-ci il 12-14 fevral tarixlərində Yeniyetmə və Gənclər arasında 22-ci Respublika Birinciliyi keçirilib. Bakı İdman Sarayında keçirilən və 3 gün davam edən yarışda 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı gənclər və 18-dən 21 yaşadək gənclər kata və kumite yarışlarında müxtəlif kateqoriya və çəki dərəcələrində mübarizə aparıblar. Eyni zamanda, yarış proqramına 4-cü dəfə keçirilən 12-13 yaşlı uşaqlar arasında ölkə birinciliyi də daxil edilib.

30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi Karate üzrə Yeniyetmə və Gənclər arasında 22-ci Respublika Birinciliyində Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) karate üzrə yığma komandası yüksək nəticə göstərib. Belə ki, 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan “Təhsil” RİM-in yığma komandası ölkə klubları arasında birinci yerə çıxaraq yüksək nailiyyət əldə edib. Medal sayına görə 2-ci yeri “Qara Qaplan”, 3-cü yeri isə Arpaçay Karate Klubunun idmançıları tutub.

Qeyd edək ki, “Təhsil” RİM-in karateçilərinin növbəti birinciliyə hazırlanmasında “Təhsil” RİM-in karate üzrə yığma komandasının baş məşqçisi Əbülfət Qarayev, məşqçi-müəllimlərdən Cahangir Babayev, Vüqar Kərimov, Seymur Xudaverdiyev və digərlərinin xüsusi əməyi olub. Belə ki, yığma komandanın uğur qazanan karateçiləri arasında həmin məşqçilərin idmançıları xüsusilə fərqləniblər.

Onu da xatırladaq ki, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin karate üzrə yığma komandasının bu il Polşada Tələbələrin Avropa Oyunları və Çində Məktəblilərin Dünya Oyunlarında iştirak edəcəyi gözlənilir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X