Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.
Fanat.Az APA-ya istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən "Miraj" çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, tanınmış idman ustası İlqar Alıyevin oğlu olan Emin Alıyevin kikboksinq üzrə 15 qat Azərbaycan olduğu bilririlir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol