Azərbaycan kikboksinq milli komandasının üzvü Elxan Əliyev peşəkar döyüşə çıxacaq.
Fanat.Az xəbər verir ki, o, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində KOK (King of Kings) təşkilatının çempionluq kəməri uğrunda döyüşəcək.
75 kq çəki dərəcəsində döyüşəcək Elxan Əliyevin rəqibi iranlı Məsud Minae olacaq. Döyüş kikboksinqin K-1 versiyası üzrə keçiriləcək.