Türkiyənin "Beşiktaş" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Bakı klubuna qarşı optimal heyətlə çıxış edəcək.
Belə ki, siyahıda yeni transfer Ante Rebiç, həmçinin zədədən yeni qayıdan Cenk Tosunla Raşid Gezzal da yer alıb.
"Beşiktaş" "Neftçi" ilə ilk oyunu avqustun 10-da Bakıda, "Neftçi Arena"da keçirəcək. Cavab görüşü bir həftə sonra İstanbulda olacaq.