"Sumqayıt"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, Samir Abasovun yetirmələri turnirin II təsnifat mərhələsində Macarıstan "Fehervar"ının öhdəsindən gələcəyi halda, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.