
"Neftçi"nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis Yuri Vernidubun çalışdırdığı Bakı komandası 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırmağı bacarsa, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-nın öhdəsindən gələ bilməsə, bu turnirdə "Dinamo" (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqust tarixlərində baş tutacaq.
Toğrul