
Polşa təmsilçisi "Rakuv" Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Malta klubu "Valletta"nı 4:0 (ümumi hesab 7:1) darmadağın edərək növbəti mərhələyə yüksəlib.
Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emreli də bu qarşılaşmada şans qazanıb.
Azərbaycanlı hücumçu matçın 68-ci dəqiqəsində T. Pyenkonun əvəzinə meydana daxil olaraq mübarizəyə qoşulub.
Komandasının böyükhesablı qələbəni bayram etdiyi oyunda Mahir meydanda olduğu müddətdə fəallığı ilə diqqət çəkməyə çalışıb.
Kamil Xudiyev