
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, “Qarabağ” da bu gün sözügedən turnirdə matça çıxıb.
Avropa Liqası ilə vidalaşaraq mübarizəni Konfrans Liqasında davam etdirən Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.
Ukrayna təmsilçisi ilə Polşada baş tutan matçda "köhlən atlar" minimal hesablı məğlubiyyətə uğrayıb.
Tərəflər gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
6 avqust
Dinamo (Kiyev) – Qarabağ 1:0
Qol: M.Ponomarenko, 10.
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skitte, Yakob Kelet (hamısı Danimarka).
Polşa. “Motor Lyublin Arena”.
"Dinamo": 71 Surkis, 5 Sych, 94 Kedziora, 32 Mıxavko, 44 Dubinçak (k), 6 Brajko, 15 Rubçinski, 39 Gerrero, 21 Lonveyk, 70 Reduşko, 11 Ponomarenko
Ehtiyat oyunçular: 35 Neşçeret, 43 Olxovıy, 7 Yarmolenko, 8 Pıxalyonok, 9 Voloşın, 10 Şaparenko, 18 Tımçik, 22 Kabayev, 29 Buyalski, 40 Bilovar, 66 Tiare, 99 Mounqenqe
“Qarabağ”: 99 Mateuş Koxalski, 44 Elvin Cəfərquliyev, 4 Bense Varkonyi, 2 Mateus Silva, 25 Cebrail Makretskis, 8 Marko Yankoviç, 35 Pedro Bikalyo, 29 Renaldo Sefas, 10 Abdullah Zubir (k), 7 Jali Muaddib, 21 Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomisliç, 5 Bruno Lanqa, 9 Joni Montiel, 13 Bəhlul Mustafazadə, 20 Kadi Borges, 22 Musa Qurbanlı, 32 Hikmət Cəbrayılzadə, 49 Əli Bəşirov, 55 Bədavi Hüseynov, 88 Samuel Lobato