"Sumqayıt”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Serbiya "Çukariçki”si Sloveniyada təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda toplanış çərçivəsində dörd yoxlama matçı keçirəcək.
Serbiya klubunun rəqiblərindən biri eyni mərhələdə "Qarabağ”a qarşı oynayacaq İsrail "Aşdod”u olacaq. Bu komandaların görüşü iyulun 7-də baş tutacaq.
Qeyd edək ki, "Çukariçki" Sloveniyanın "Radomlje" və "Olimpiya", Rusiyanın "Arsenal" (Tula) klubları ilə də gücünü sınayacaq.
Fanat.Az