"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqiblərdən olan "Kayrat" Qazaxıstan çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 21-ci tur çərçivəsində "Kızıl-Jar"la qarşılaşan Almatı təmsilçisi rəqibini minimal hesabla üstələyib. Görüşün taleyini 1 qol həll edib ki, Artur Şuşenaçov 77-ci dəqiqədə fərqlənərək "Kayrat"a ev qələbəsi qazandırıb.
Qeyd edək ki, Kurban Berdiyevin komandası çempionatın sonuna 5 tur qalmış 3-cü pillədə qərarlaşıb və liderlərdən 6-7 xal geri qalır.
"Qarabağ" "Kayrat"la Konfrans Liqasında ilk oyununu oktyabrın 21-də Bakıda keçirəcək.