"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Kayrat" bu gün Qazaxıstan kubokunda növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Almatı təmsilçisi 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Kaysar"la üz-üzə gələcək.
Səfərdə baş tutacaq oyun saat 17:00-da başlayacaq. Kurban Berdiyevin yetirmələri "Kaysar"la ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyindən yarımfinala çıxmaq şansı yüksək dəyərləndirilir.
Qeyd edək ki, "Qarabağ" ötən həftə Bakıda "Kayrat" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. Tərəflər arasında ikinci oyun noyabrın 4-də Almatıda baş tutacaq. Həmin oyuna qədər "Qarabağ"ı premyer liqada "Neftçi" ilə derbi gözləyir. "Kayrat" isə kubok oyunundan əlavə oktyabrın 30-da Qazaxıstan çempionatının son turu çərçivəsində "Jetısu" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mirağa