UEFA Konfrans Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqiblərindən olan Kiprin "Omoniya" klubunun vitse-prezidenti Qriqoris naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, hadisə Qriqorisin ailəsi ilə birgə yaşadığı evin qarşısında baş verib.
Kimliyi məlum olmayan cinayətkar vitse-prezidentin evinin girişində benzinlə dolu qabı alışdırıb. Nəticədə güclü partlayış olub və evin hasarına ciddi ziyan dəyib. Xoşbəxtlikdən Dmitris və ailə üzvləri xəsarət almayıb.
Hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Emin Şəmsiyev