UEFA Konfrans Liqası millimizin və turnirdəki təmsilçimiz "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevi fərqləndirib.
Fanat.Az xəbər verir ki, turnirin rəsmi "Twitter" səhifəsində 27 yaşlı qolkiperin "Kayrat"la oyundakı "seyv"i paylaşılıb.
Videoya "Şahrudin Məhəmmədəliyevin refleksi" rəyi qeyd olunub.
🇦🇿 Shakhrudin Magomedaliyev's reflexes... 💯🔥@FKQarabagh | #UECL pic.twitter.com/qCNeND2vHV
— UEFA Europa Conference League (@europacnfleague) November 23, 2021
Xatırladaq ki, bu gün UEFA KL-in 5-ci turu çərçivəsində "Qarabağ" öz meydanında Kipr "Omoniya"sını qəbul edəcək. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüş 21:45-də start götürəcək.
Emin