Fransa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpik Marsel" də növbəti oyuna çıxıb.
"Şovini" ilə qarşılaşan Xorxe Samapaolinin yetirmələri 3:0 hesabı ilə qalib gələrək, 1/8 mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab matçı isə bir həftə sonra Bakıda olacaq.
Fanat.Az