İtaliyanın "Boloniya" klubunda çıxış edən İsveçrə millisinin üzvü Blerim Cemaili həyat yoldaşı Eryona Süleymanidən boşanır. Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
Eryona son günlərdə yazdığı kitabla gündəmə gəlmişdi. Onun kitabdakı etiraflarından biri Kriştiano Ronaldo ilə bağlı idi. Belə ki, portuqaliyalı ulduzu dünyanın ən seksual futbolçusu adlandıran Süleymani xanımı kitabında "Kriştiano Ronaldodan təklif gəlsə ondan imtina edə bilmərəm" yazıb.
Bu etiraf isə onun ailəsinin dağılmasına səbəb olub. Artıq futbolçu əri Eryonadan boşanmaq qərarına gəlib.
Qeyd edək ki, "AVRO-2016"da İsveçrə millisinin tribunadan dəstəkləyən Eryona "Avropanın ən cazibədar" xanımı seçilmişdi.
Fanat.Az