Hazırda "Antalyaspor"da çıxış edən Samuel Etonun keçmiş sevgilisi Natalie Koahın yazdığı kitab yenidən gündəmə gəlib. Fanat.Az futbolçu ilə 7 il birlikdə olduqdan sonra ayrılan Natalie onun seks sirrlərini açıqlayıb.
"France 24"ə danışan Koah Etonun onu yataqda başqa kişilərlə görməkdən həzz aldığını bildirib: "Evə gəldiyim zaman üçüncü bir xəşs olurdu. Məni evdə qrup seks üçün gözləyirdi. Məni yataqda başqaları ilə görmək və başqa bir kişi ilə sevişməyimi görmək xoşuna gəlirdi. Başqa qızlarla şəkil çəkdirərək mənə göndərməklə həzz alırdı".
Qeyd edək ki, Eto keçmiş sevgilisinin "Porno intiqamı" adı və "Futbol, seks, pul. Samuel Etonun keçmiş sevgilisinin şahidliyi" şüarı ilə nəşr olunan kitabın yayımını Fransada məhkəmə qərarı ilə dayandırmışdı. "Şəxsi həyata müdaxilə" səbəbi ilə Kamerunda da məhkəməyə müraciət edən futbolçu kitabın satışına qadağa qoydurub.
O, bundan başqa keçmiş sevgilisini "Rolex" markalı saatını oğurlamaqda ittiham edib. Məhkəmə Etonu haqlı qəbul edib və Koaha 6 aylıq həbs cəzası kəsib. Qərarın icrası 3 illik təxirə salınıb. Həmçinin Natalie 12,7 milyon Afrika frankı (təxminən 28 min manat) cərimə edib.
Fanat.Az