Futbolçunun arvadı yataq sirrlərini açıqladı, ailəsi dağıldı - ŞOK ETİRAF
Son olaraq Kanadanın "Montreal İmpakt" klubunda çıxış edən Blerim Cemaili həyat yoldaşı Eryona Süleymanidən boşanır. Fanat.Az xəbər verir ki, bu barədə isveçrəli futbolçunun vəkili açıqlama verib.
Artıq boşanma üçün məhkəməyə müraciət edilib. Vəkil bildirib ki, model və aparıcı olan Eryona Süleymani boşandıqdan sonra Cemaili soyadını daşımayacağını bildirib.
Qeyd edək ki, Eryona son günlərdə yazdığı kitabla gündəmə gəlmişdi. Onun kitabdakı etiraflarından biri Kriştiano Ronaldo ilə bağlı idi. Belə ki, portuqaliyalı ulduzu dünyanın ən seksual futbolçusu adlandıran Süleymani xanımı kitabında "Kriştiano Ronaldodan təklif gəlsə, ondan imtina edə bilmərəm" yazıb. Məhz bu etiraf ailənin dağılmasına səbəb olub.
Eryona əri ilə bağlı yataq sirrlərini də açıqlamışdı.