Melo İmai adlı yapon idmançı porno film karyerasını bitirərək yenidən idmana qayıdır. Fanat.Az xəbər verir ki, 2006-cı ildə Turin Qış Olimpiya Oyunlarında zədələnən kayakçı 18 yaşında karyerasını bitirmişdi.
Melo bundan sonra porno filmlərə çəkilməyə başlamışdı. İndi isə porno film karyerasını bitirib yenidən idmana dönməyə hazırlaşdığını və hədəfinin 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları olduğunu açıqlayıb.
Pul qazanmaq üçün barlarda işlədiyini və porno filmlərə çəkildiyini bildirən Melo bir gecədə 9 min dollar qazandığını deyib: "Artıq porno filmlərə çəkilmək istəmirəm. Hədəfim 2022-ci ildə keçiriləcək Qış Olimpiyu Oyunlarıdı".
Fanat.Az