Bu mövsüm La Liqada çempionluq mübarizəsindən uzaq düşən "Real"da ən çox tənqid olunanlardan biri olan İskonun sevgilisi Sara Salamo azarkeşlərin hədəfinə çevirilib.
Fanat.Az xəbər verir ki, fanatlar sevgilisini futbolçunun performasının aşağı olmasının günahkarı hesab edir. Bu səbəbdən də fanatlar gözəl aktrisanın sosial media paylaşımlarının altına "İskoya nə etdin?", "Onu rahat burax", "Sənin üzündən oyunu bitdi" kimi şərhlər yazaraq tənqid, bəzən də təhqir edirlər.
Qeyd edək ki, 2013-cü ildə "Malaqa"dan "Real"a 30 milyon avroya transfer olunan İsko cari mövsümdə meydana çıxdığı 36 rəsmi matçda 7 qol vurub və 6 məhsldar ötürmə edib. "Transfermarkt" 25 yaşlı yarımmüdafiəçiyə 75 milyon avro qiymət qoyub.
Fanat.Az