23 yaşlı Yuliya Levçenko hündürünə tullanmanın ən yaxşılarından biri sayılır. düzdü, ötən il Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında 4-cü yeri tutmaqla medalsız qaldı. Ancaq mütəxəssislər bunun təsadüf olduğunu düşünürlər.
2014-cü ildə gənclər arasında Olimpiya və 2 dəfə Avropa çempionu olan ukraynalı idmançı gözəlliyi ilə də məşhurdu. Hətta bu idman növü ilə yaxından maraqlanmayanlar belə, dünya çempionatının gümüş medalçısını məmnuniyyətlə izləyirlər.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol