Ötən mövsüm “Beşiktaş”ı Türkiyə çempionu edən Sərgən Yalçın şəxsi həyatında eyni uğuru qazana bilmir.
Fanat.Az xəbər verir ki, keçmiş futbolçu növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib. Belə ki, 48 yaşlı Sərgən Yalçın 22 yaşlı ukraynalı sevgilisi - model Lisaveti Karibskayadan ayrılıb.
Tərəflər bir-birilərini sosial şəbəkə hesablarında da izləməyi dayandırıblar. Ayrıldıqdan dərhal sonra ukraynalı vətəninə geri qayıdıb.