PSJ-nin hücumçusu Lionel Messinin İbiza adasındakı malikanəsi ilə bağlı problem yaranıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, ulduz futbolçunun 11 milyon avroya aldığı 16 000 kv.km ərazisi olan mülkün bir hissəsinin qanunsuz tikildiyi bəlli olub.
Xəbərə görə, malikanənin əvvəlki sahiblərinin ərazidəki tikililərdən birini lisenziyasız inşa edtiyi müəyyənləşib. Mənbə sonradan edilən dəyişikliklərin aradan qaldırılacağını, ərazidəki qanunsuz tikilinin böyük ehtimalla, söküləcəyini bildirib.
Nihat