İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının yarımfinal oyunundan - İtaliyaya qarşı bu gün keçirəcəkləri görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, "buğalar"ın çalışdırıcısı fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Komanda mükəmməlləşir. Əminəm ki, bizi əla matç gözləyir. Yeni, təkrarolunmaz futbol brendi yaratmaq istiqamətində düzgün yolda olduğumuzu düşünürük. İtaliya ilə görüşün bərabər səviyyəli mübarizə şəraitində keçəcəyini gözləyirəm. Təxminən eyni səviyyədəyik. Komandaların xarakterləri yetərincə oxşardır. Matçın taleyini xırdalıqlar həll edəcək. İtaliyanı məhz xırdalıqlarda üstələməyə çalışacağıq. Uğur bunda gizlənir".
Qeyd edək ki, turnirin finalı Niderlandda keçirilir. Dünən baş tutan ilk yarımfinal qarşılaşmasında Xorvatiya meydan sahibi Niderlandı 4:2 hesabı ilə yenərək adını finala yazdırıb. Final və 3-cü yer uğrunda oyunlar isə iyunun 18-nə təsadüf edəcək.
Nihat