UEFA Millətlər Liqasının "Dördlər finalı"nda bu gün növbəti finalçının adına aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.
Matçdan öncə UEFA-nın rəsmi saytına danişan İspaniya millisinin müdafiəçisi Jordi Alba komandada əhval-ruhiyyənin yaxşı olduğunu söyləyib:
"İtaliya çox güclü komandadır. Onu məğlub etmək istəyirsənsə, maksimum gücünlə oynamalısan. Şübhəsiz ki, dünyanın ən yaxşı komandalarından biridir. Ümid edirəm ki, kuboku qazana bilərik. Bu kuboku qazanmaq üçün iki güclü komandanı məğlub etmək lazımdır. Çətin olacaq, amma yarımfinal matçına yaxşı əhval-ruhiyyə ilə çıxacağıq. Mən heç vaxt peşəkar səviyyədə penalti vurmamışam, amma buna hər zaman hazıram! Penalti vurmağa alışmış kifayət qədər təcrübəli komanda yoldaşlarım var. Amma lazım olsa, mən də əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Niderlandın Enshede şəhərindəki "Tvente stadionu"nda keçiriləcək görüşün qalibi finalda Xorvatiya millisinə rəqib olacaq. Xorvatlar ötən gün Niderlandı matça artırılan əlavə vaxtda vurduğu qollarla 4:2 hesabı ilə məğlub edərək finala adlayıb.
Xatırladaq ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.
Röya