"Real Madrid"in 37 yaşlı yarımmüdafiəçisi Luka Modriç gələcəyi barədə qərar verdiyini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "Marca" onun dediyini belə çatdırıb:
"Gələcəyimlə bağlı son qərarımı vermişəm, amma bu gün heç nə deməyəcəyəm".
Daha öncə İspaniya mətbuatında təcrübəli futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi iddia edilib.
Qeyd edək ki, dünən Xorvatiya seçməsi Millətlər Liqasının final matçında İspaniyaya məğlub olub. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığı üçün qalibi oyunsonrası penaltilər müəyyənləşdirib. Daha dəqiq olan "buğalar" (5:4) azarkeşlərini sevindirib.
Nihat