UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşıb.
Final qarşılaşmasının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən ispanlar (5:4) çempionluğu bayram ediblər.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan İspaniya yığmasının müdafiəçisi Daniel Karvaxal qələbəni belə şərh edib:
"Çox xoşbəxtəm. Şəxsən mənim üçün möhtəşəm nailiyyətdir. Milli komanda istənilən qələbə çox şey ifadə edir. Karyeramda çox önəmli məqamdır. Mən bunu həqiqətən təsvir edə bilmirəm! Həyat yoldaşım 36 həftəlik hamilədir. O, mənə dedi ki, həmin matçda az qala uşağı dünyaya gətirəcəkdi. Bütün ailəm çox həyəcanlı idi. Onların nə hiss etdiyini başa düşürəm. Amma hekayə gözəl sonluqla başa çatdı".
Xatırladaq ki, üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxıb.
Röya